Yazıçı-dramaturq Elçin Hüseynbəyli Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb.

Tədbir Gənclər Fondunun maliyyə dəstəyi, Yazıçılar Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilib. “Kitab qurdu – Book Worm” layihəsi çərçivəsində gerçəkləşən görüşü layihənin koordinatoru Nigar İsmayılova açaraq yazıçı haqqında məlumat verib.

Elçin Hüseynbəyli ədəbi proses barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.

Tədbirin sonunda yazıçı öz kitablarını tələbələrə hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.