Yeni filmin çəkilişləri Belarusda davam edir

Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii filmin istehsalı başlanıb. İlk çəkilişləri Belarusun Brest şəhərində aparılan film II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Yeni ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.
Belarusda olan rejissor Elxan Cəfərovla əlaqə saxlayıb çəkilişin gedişi ilə maraqlandıq. Rejissor bildirdi ki, filmin Belarusda çəkiləcək hissəsi üç mərhələdən ibarətdir. İstehsalat planına əsasən çəkilişlər Brest, Minsk və Minskdən 40 km aralıda yerləşən Vileyka qəsəbəsində aparılacaq: “Hazırda biz Brest mərhələsini başa vurub, ikinci mərhələyə başlamışıq. Çəkiliş qrupunun 90 nəfərdən artıq olmasına baxmayaraq, biz peşəkar bir komanda ilə işləyirik”.
Rejissor qeyd etdi ki, vaxtilə “Mosfilm” II Dünya müharibəsi ilə bağlı bütün kino layihələri Belarusda lentə alındığından burada kino istehsalı mexanizmi kifayət qədər yüksək səviyyədədir: “Bu da bizi qane edən ən vacib məsələdir”.
Rejissorun sözlərinə görə, “Belarusfilm” hələ SSRİ zamanından II Dünya müharibəsinin çəkilişləri üçün ən zəngin kostyum, rekvizit, müharibə texnikası bazasına və geniş resurslara malik kinostudiya olub. Təqdirəlayiq haldır ki, belaruslular bu resursu 90-cı illərin çətinliklərində qoruyub saxlaya biliblər: “Buna görə də burada kino-istehsal mexanizmi işlək vəziyyətdədir. Bu da çəkilişlərimiz üçün geniş yaradıcı imkanlar deməkdir. Əminəm ki, vətənə layiqli bir filmlə qayıdacağıq”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar