Prezident İlham Əliyev tərəfindən martın 1-də imzalanmış “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam Azərbaycan dövləti kinematoqrafiyanın inkişafına böyük qayğının daha bir təzahürü oldu. Azərbaycanın kino xadimləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdardırlar.

Bu fikri Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri ilə keçirilən görüşdə qurumun sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova vurğulayıb.

Görüşdə milli kinematoqrafiyamızın hazırkı vəziyyəti, qarşıda duran planlar, kino sənətində ilk addımlarını atan rejissor və aktyorların dəstəklənməsi və digər məsələlər müzakirə edilib.