Masallı rayon 11 illik İncəsənət məktəbində şagirdlərin iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası tamaşaya qoyulub.
Baletmeyster Gündüz Babayevin səhnələşdirdiyi operettanın tamaşasına məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib.
Əsasən rəqs kollektivinin ifasında oynanılan tamaşa alqışa layiq görülüb.
Məktəbin direktoru Azər Əhədzadə uşaqlara və tamaşanın rejissoru Gündüz Babayevə minnətdarlığını bildirib. Qeyd olunub ki, belə layihələr uşaqlarda incəsənətə meyli daha da artırır.