Finlandiyanın Kajaani şəhərində ”Erasmus+” proqramı çərçivəsində “Beynəlxalq həftə” adlı tədbir keçirilib. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Kajaani Tətbiqi Elmlər Universiteti ilə 4 ildən çoxdur ki, bu proqram çərçivəsində əməkdaşlıq edir.
ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa bildirib ki, hər iki ölkədə yay məktəbləri təşkil olunub. ATMU-nun 8 tələbəsi ”Erasmus+” beynəlxalq proqramından yararlanmaqla tərəfdaş universitetdə təhsil alıb.
Tədbir zamanı əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ali təhsil müəssisələrinin fəaliyyət strategiyasına uyğun olaraq ikili diplom proqramının tezliklə gerçəkləşməsinə qərar verilib.