Martın 14-də “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcək.

Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə AMEA-nın əsas binasında reallaşacaq tədbirdə xalq oyunları və ənənələri ilə bağlı müxtəlif mövzularda məruzələr dinləniləcək.

Bakı Yunus Əmrə İnstitutundan bildirilib ki, Novruz bayramı münasibətilə keçiriləcək tədbirdə məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq, bu irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır.