Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək.

Bakı Milli Geyim Evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq.