Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Şabran rayonu ərazisində yerləşən, V–VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.