Son illər kitabxana işinin müasir tələblər çərçivəsində qurulması və beynəlxalq sistemə qoşulma sahəsində bir sıra layihələr həyata keçirilir. Elə bu işin davamı olaraq, 2010-cu ildə MDB ölkələri milli kitabxanalarının vahid portalının yaradılması nəzərdə tutulub. M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovdan aldığımız məlumata görə, vahid portalın yaradılması ideyası Avrasiya Kitabxanalar Assambleyasının ötən il keçirilən toplantısında qərara alınıb. Hazırda vahid portalın yaradılması üzərində iş getdiyini bildirən direktor, Azərbaycan kitabxanalarının portalının yaradıldığını da diqqətə çatdırdı.
Qeyd edək ki, vahid portalın yaradılması MDB məkanında digər birlik ölkələrinin milli kitabxanalarının fondlarında saxlanan kitablarla yanaşı, dövri mətbuatla da gündəlik tanış olmağa imkan verəcək.
Portalın yaradılmasının texniki tərəfləri Avrasiya Kitabxanalar Assambleyasının noyabrda keçiriləcək toplantısında müzakirə ediləcək.