Qazaxıstanın Aktau şəhərində “Manqistaunun tarixi-mədəni irsinin öyrənilməsinə yeni baxış və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Səfər Aşurov, Mikayıl Mustafayev və Fidan Əliyeva təmsil ediblər.
Beynəlxalq konfransda Səfər Aşurovun “Xəzərin qərbində qədim şəhər”, Mikayıl Mustafayevin “Azərbaycanda Zilitəpə abidəsi”, Fidan Əliyevanın isə “İlk Tunc dövründə Naxçıvanda zoomorf fiqurlar” mövzusunda məruzələri dinlənilib.
Konfrans çərçivəsində iştirakçılar Manqistau vilayətinin ərazisində yerləşən Şakpak-ata adlı X-XIII əsrlərə aid yeraltı məsciddə, bu vilayətin Tarix-diyarşünaslıq muzeyində və Otpan tarixi-mədəni kompleksində olub, Akşukur kəndində keçirilən Amal bayramında iştirak ediblər.