Xəbər verdiyimiz kimi, 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir. Həftə ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Oğuz, Göyçay, Quba, Xaçmaz və Biləsuvar rayonlarında qəhrəman vətən övladlarından bəhs edən 11 sənədli filmin nümayişi nəzərdə tutulur.
“Gültəkin”
İyunun 20-də Nizami Kino Mərkəzində Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsini anma günü keçirilib və onun haqqında çəkilmiş sənədli filmin təqdimatı olub. Tədbir bəstəkar Sevda İbrahimovanın bəstələdiyi və vokalçı, musiqişünas Ramil Qasımovun ifa etdiyi “Gültəkin” poeması ilə başlayıb. Paytaxt kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov qəhrəmanın keçdiyi döyüş yolundan söz açıb.
Bildirilib ki, hərbi həkim kimi onlarla insanın həyatını xilas edən Gültəkin Əsgərova 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Tədbirdə Gültəkin Əsgərovanın anası, “Şəhid Anaları” Cəmiyyətinin sədri, pedaqogika üzrə fəlsəfə doktoru Rəfiqə Əsgərovanın “Gültəkin zirvəsi” adlı kitabının təqdimatı da keçirilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi -vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru Kəmalə Musazadə Milli Qəhrəmanın şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu, belə sənədli filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar. Sonda “Gültəkin” sənədli filmi nümayiş etdirilib.
“Bitməyən ömür”
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Milli Qəhrəman Yavər Şahbazova həsr edilmiş “Bitməyən ömür” sənədli filminin təqdimatı keçirilib. Təqdimatdan əvvəl Milli Qəhrəmanın Xaçmaz şəhərində ucaldılmış abidəsi ziyarət olunub.
Sonra “Bitməyən ömür” filmi nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınmış filmin rejissoru Seyran Mahmudoğludur.
Filmdə Xaçmaz rayonunun Qıraqlı kəndində dünyaya gələn Milli Qəhrəman Yavər Şahbazovun (1973-1995) igidliyindən bəhs edilir, qəhrəmanın ailə üzvləri, təhsil aldığı məktəbin müəllimləri, sinif yoldaşları, rayon sakinləri onunla bağlı xatirələrindən danışırlar.
Yavər Şahbazov 1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı həlak olub. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Yavər Şahbazovun oxuduğu orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində qəhrəmanın büstü qoyulub, Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılıb.
Mərasimdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açıb. Milli Qəhrəmanın atası Əlibala Şahbazov filmi ərsəyə gətirən yaradıcı kollektivə minnətdarlığını bildirib.
“Vətənim mənim”
İyunun 20-də Oğuz rayon Mədəniyyət evində bu rayonda böyüyüb boya-başa çatmış Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov haqqında "Vətənim mənim" sənədli filminin təqdimatı keçirilib. "Salnamə" studiyasında çəkilən filmin rejissoru Kəmalə Musazadədir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Y.Naxçıvanski, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı A.Sultanzadə, Səfərbərlik və Hərbi Çağırış Xidməti Oğuz rayon bölməsinin rəis müavini M.Atakişiyev, "Oğuz yurdu" qəzetinin redaktoru N.Hüseynli, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri U.Baxışova və başqa ziyalılar, qəhrəmanın oğlu R.Rəhimov çıxış ediblər. Çıxışlarda bu mövzuda ekran əsərlərinin əhəmiyyətindən danışılıb, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğu vurğulanıb. Sonda film nümayiş olunub.
"Azərbaycanlı Yura"
İyunun 20-də Göyçay rayonundakı Rəsul Rza adına Mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında rejissor Asif Abramov tərəfindən çəkilmiş "Azərbaycanlı Yura" sənədli filminin təqdimatı keçirilib. Film Göyçayda dünyaya göz açmış Azərbaycanın Milli Qəhrəmanı Yuri Kavalyova həsr olunub. Təqdimatda qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, Yuri Kavalyovun bacısı Təranə Məmmədova və digər çıxış edənlər qəhrəman vətən övladlarını tanıdan belə filmlərin gənclərin vətənpərvərlik tərbiyəsində rolundan söz açıblar. Sonra film nümayiş olub. Ekran əsəri maraqla qarşılanıb.
“Adadan başlayan yol”
“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi çərçivəsində daha bir ekran əsərinin təqdimatı iyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimova həsr edilmiş “Adadan başlayan yol” filminin təqdimatında onun yaşadığı örnək həyat yolundan söz açılıb. 1962-ci ildə Pirallahı rayonunun Çilov adasında neftçi ailəsində dünyaya göz açan Rasim C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Qarabağ müharibəsində Füzuli rayonunda özünümüdafiə taborunda vuruşan hərbçi 1992-ci il iyunun 28-də Tuğ kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.
“Yaddaş” studiyasında istehsal edilmiş sənədli filmin ssenari müəllifi və rejissoru Yalçın Verdiyevdir.