Bülbülün memorial muzeyində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirilib.
Muzeyin fond müdiri Nigar İsgəndərova çıxış edərək bildirib ki, Nəsimi Azərbaycanı dünyada tanıdan böyük söz ustadıdır. Böyük şairin yubileyləri iki dəfə UNESCO-da – ötən əsrin 70-ci illərində və 2017-ci ildə – qeyd olunub.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.