Prezident İlham Əliyevin martın 27-də imzaladığı sərəncama əsasən, Azər Abdulla oğlu Mustafazadə Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.