Aprelin 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mən səninləyəm, ana Vətən” bədii-sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Film 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan manqa komandiri Əbdülməcid Axundova həsr olunub. Filmin ideya müəllifi Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.