Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə UNESCO arasında 2019-cu ilin 30 iyun – 10 iyul tarixlərində Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, UNESCO tərəfdən baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.
Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də UNESCO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə sessiyadan əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər də göstərilib.