Martın 30-da Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “NP BAKU Center”in təşkilatçılığı ilə Muzey Mərkəzində “Neyroelm və memarlıq” adlı seminar keçiriləcək. Seminarı “NP BAKU Center”in rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımova aparacaq.
Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu və davranışlarımız modellərimizdə özünü əks etdirir.
İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Beyində olan milyardlarla neyron, trilyonlarla sinaps vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin olunur. Seminarda “Memarlıq və beyin neyronları ilə fəaliyyətin əlaqəsi” və “Rənglər və həndəsi obyektlərin beyində əksi” mövzularına toxunulacaq.