Şirvan Dövlət Rəsm Qalereyası “Soyqırımının dəhşətləri rəsmlərdə” adlı sərgi təşkil edib.
Yeni Azərbaycan Partiyasının Şirvan şəhərindəki qərargahının binasında təşkil olunmuş sərgidə qalereyanın dərnək üzvlərinin 30-dan çox rəsm və əl işi nümayiş olunub. 10, 16, 18, 2 və 4 nömrəli məktəblərin şagirdlərinin rəsmləri müxtəlif üslub və kompozisiyalarda azərbaycanlılara qarşı kütləvi şəkildə törədilmiş soyqırımı səhnələrini əks etdirib.