Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları Əbu-Dabi şəhərinin yaxınlığında “Ulduz müharibələri” muzeyi açmağı planlaşdırır. Burada “Ulduz müharibələri” kinoepopeyasının yeddinci hissəsinin çəkilişləri gizli şəkildə aparılıb. Çəkilişləri təşkil etmiş şirkət bu zaman istifadə olunmuş rekviziti və dekorasiyaları - qüllələri, kosmik gəmini və qədim bazarı saxlamağı planlaşdırır.
Kosmik kinoepopeyanın yeddinci hissəsinin çəkilişləri mayın ortalarında aparılıb. Ölkənin paytaxtı Əbu-Dabi yaxınlığındakı səhrada irimiqyaslı dekorasiyalar qurulub. Filmin detallarını gizli saxlamaq üçün ərazi polis və ordu tərəfindən ciddi mühafizə olunur.
“Ulduz müharibələri” “Lucasfilm” studiyasının kosmik kinoepopeyasıdır. 70-ci illərdə məşhur rejissor Corc Lukasın çəkməyə başladığı silsilə filmlər dünyada böyük tamaşaçı auditoriyası qazanıb. Kinoepopeyanın 6-cı seriyası 1983-cü ildə çəkilib. Yeri gəlmişkən, Corc Lukas Çikaqoda “Ulduz müharibələri”nin muzeyini açmağa hazırlaşır.
30 illik fasilədən sonra prodüserlər yenidən bu silsiləyə qayıtmaq qərarına gəliblər. Onu da qeyd edək ki, “Lucasfilm” “Disney” şirkəti tərəfindən alındıqdan sonra yeni ekran əsərini çəkmək “Ulduzlu yol” filminin rejissoru Cey Cey Abramsa həvalə edilib. Yeni filmlərin personajları arasında “Ulduz müharibələri” birinci orijinal trilogiyasının qəhrəmanları olacaq. Filmin 2015-ci ildə ekranlara çıxması gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar