Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın yaradılması haqqında Qərar imzalayıb.
Komissiyanın sədri Baş nazirin müavini, katibi Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiridir. Komissiyaya müdafiə, daxili işlər, mədəniyyət, gənclər və idman, təhsil, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Turizm Agentliyinin sədr müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Milli Arxiv İdarəsinin rəis müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri daxildir.
Qərara əsəsən, dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün komissiyaya təqdim edilir.