Bakıdakı Xətai Sənət Mərkəzi “Nəsimi ili” çərçivəsində “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsi elan edib. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyinin Respublika 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Rəssamlar İttifaqı ilə birgə keçirilir.

Mərkəzin direktoru Zahid Əvəzovun sözlərinə görə, müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar, ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə, ən çoxu 3 rəsmin fotosunu aprelin 30-dək Xətai Sənət Mərkəzinin “Whatsapp” nömrəsinə (+99451 310 74 01) göndərməlidir. Seçim iki yaş kateqoriyası üzrə (12 yaşa qədər və 12-17) aparılacaq.