Kiyev Şəhər Dövlət Administrasiyası Azərbaycanın mütəfəkkir şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.
Dövlət Administrasiyasından bildiriblər ki, Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar Azərbaycanın Ukraynadakı səfirliyinə təqdim olunub.
Qeyd edək ki, ölkəmizin səfirliyinin təşəbbüsü ilə ucaldılan heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur. Tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.