Aprelin 5-dən 10-dək Özbəkistanın Surxandərya vilayətində keçiriləcək Baxşi Festivalında Baysun xalçaçılarının toxuduğu dünyanın ən böyük süzənəsi də nümayiş olunacaq. Süzənə ipək, məxmər və pambıq parça üzərində toxunan divar xalçasıdır.
Uzunluğu 25, eni 6 metr, çəkisi 60 kiloqram olan süzənənin üzərində 25 toxucu və usta işləyib. Baysun naxışlarının və ornamentlərinin yer aldığı süzənə regionun milli koloritini tam mənası ilə əks etdirir.