Ankarada fəaliyyət göstərən xarici ölkə səfirlərinin xanımları mütəmadi olaraq müxtəlif mədəniyyət tədbirlərində bir araya gəlirlər. Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyi (DİMED) üzvlərinin media mənsublarının da qatıldığı budəfəki görüşünə Ukraynanın Türkiyədəki səfirliyi ev sahibliyi edirdi.

Səfir Andrii Sybiha və xanımı Tatyana Sybiha qonaqları salamlayaraq Ukrayna mədəniyyəti və dilini yaymaq üçün Türkiyədə həyata keçirdikləri işlər haqqında məlumat verdilər.

Ukraynanı tarixi və mədəni baxımdan tanıdan videofilmin nümayişindən sonra  tədbir Ukrayna rəqqaslarının və Ukraynanın opera müğənnisi Olena Şimşekin ifaları ilə davam etdirildi.

Türkiyədə Ukrayna kulinariya günlərinin davam etdiyini deyən səfir Sybiha sonda bütün qonaqları milli mətbəx nümunələrini dadmağa dəvət etdi.

MEHPARƏ