Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun çiçəklər” pyesinin motivləri əsasında çəkilmiş çoxseriyalı filmin nümayişini davam etdirir.

Müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi mart ayının 22-dən həftədə bir dəfə İctimai Televiziyanın efirində təqdim olunur.

Filmin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri Balakişi Qasımovdur. Rolları Əməkdar artist Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları oynayır.