Özbəkistanın Gənc Kinematoqrafçılar Şurası “ART HOUSE” tədris layihəsində ikinci mövsümün başladığını elan edib. Bu ödənişsiz layihə ölkənin Gənclər İttifaqı, “Özbəkkino” Milli Agentliyi və Kinematoqrafiyanın İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Layihə 30 yaşına çatmamış gənclərə kino sənətinin əsaslarını öz sahəsinin ən yaxşı mütəxəssislərindən öyrənmək imkanı verir. Onlar rejissorluq və dramaturgiya, aktyorluq sənəti, operator, həmçinin qrim sənəti, rəssam işi üzrə qruplarda məşğul olacaqlar.
2018-ci ildə baş tutmuş birinci “ART HOUSE” mövsümündə 59 gənc oğlan və qız məşhur kino xadimlərinin apardıqları dörd kursda məşğul olublar. İlk mövsümün iki məzunu çəkdikləri qısametrajlı filmlərlə IV Beynəlxalq “PROlogue” kinofestivalının əsas müsabiqə proqramında iştirak ediblər.
GÜLCAHAN