“3Dost” animasiya studiyası “Cırtdan və sehrli xalat” adlı yeni 3D animasiya filmi çəkir. Studiyadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları Rəşad Əfəndiyev və Yusif Qabilovdur.
Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir.
Filmdə 8 personaj var. Elementlər və detallar üzərində işlər çox dəqiqliklə aparılır. Yaradıcı heyət hər bir detalda, obrazda azərbaycanlılığın hiss olunmasını qarşısına məqsəd qoyub.
Filmin ön hazırlıq mərhələsi artıq bitib və istehsal mərhələsinə başlanılıb. Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz “3Dost” animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film “Cırtdan və Təpəgöz” adlanır. Bu layihəni davam etdirmək və serial formasında animasiya filmləri çəkmək nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar