Aprelin 12-də Bakıdakı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində müasir incəsənət üzrə “Kukla evi” adlı beynəlxalq sərgi açılacaq.
Sərginin adı 1879-cu ildə Norveç dramaturqu Henrik İbsen tərəfindən yazılmış bir pyesdən götürülüb. Dram əsəri həmin dövrdə Norveçdə öz bacarıqlarını göstərmək və reallaşdırmaq üçün çox az imkanları olan evli bir qadının taleyindən bəhs edir. Dünyada ən çox ifa edilən əsərlərdən birinə çevrilən bu parça öz dövründə teatr mühitindən kənara çıxdığı zaman qəzəb fırtınasına səbəb olub. H.İbsen ssenari seçimini, “qanunların kişilər tərəfindən təyin edildiyi, qadınların həyatları haqqında qərarları kişi hakimlər və prokurorlar tərəfindən verildiyi cəmiyyət”i təsvir etmək istəyi ilə əsaslandırıb.
“Kukla evi” bu münasibətləri geniş əhatə edən qrup sərgisidir. Sərgi müasir sənətdə qadınların təmsilçilik məsələsinə həm tənqidi, istehza və həm də məzhəkə ilə yanaşır.
Sərgidə Andre Severonun “Vestigio”, Anastasiya Veprevanın “O, məcburdur”, Sabina Şıxlinskayanın “İki kanallı video”, Burak Delierin “Böhran və nəzarət”, həmçinin Endi-Kasyerin Frenk Tilin, Leyli Ələkbərovanın, Lea Şraqerin, Abdulrazaq Avofesonun və Vüsal Rəhimin foto, heykəltəraşlıq və s. işləri təqdim olunacaq.
Kuratorları Alfons Huq və Əsli Səmədova olan sərgi mayın 18-dək ziyarətçilər üçün açıqdır.