Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2019-cu ildə ölkənin film sektoruna dair layihəsi açıqlanıb. Nazirliyin məlumatına görə, bu il ölkədə çəkilməsi nəzərdə tutulan 38 tammetrajlı və 3 animasiya filminə 32 milyon 350 min lirə maliyyə vəsaiti ayrılıb.

Vəsaitin 9 milyon 250 min lirəsi gənc rejissorların çəkəcəkləri ilk filmlərin payına düşür. Layihə üzrə 13 gənc rejissor dövlət dəstəyi ilə ilk filmini çəkəcək.