Rusiyadan gəlmiş gitara müəllimi Dmitri Voronin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli 11 illik Musiqi məktəbində “Gitara alətinin bədii və texniki xüsusiyyətləri” mövzusunda ustad dərsi keçib.

Əvvəlcə məktəbin direktoru Gülşən Quliyeva qonaqlara musiqi məktəbinin yaranma tarixindən söhbət açıb.

Ustad dərsində gitara alətinin sirləri, bədii və texniki cəhətləri, özünəməxsus ifa tərzi və bu kimi mövzularda müəllim və şagirdlərə məlumat verilib.