Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ilin 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Ənənəvi sərgi-yarmarkada nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və s. aidiyyəti qurumlar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakla bağlı ərizə-müqavilə formasını Təşkilat Komitəsindən (e-mail: nrtis@mct.gov.az, tel: 012 493 23 77) əldə etmək olar.

Ərizə-müqavilə ən gec 31 avqust 2019-cu il tarixinədək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Eyni zamanda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ziyarətçi kimi qatılmaq istəyənlər üçün giriş sərbəst olacaq.