Xəbər verdiyimiz kimi, Moskvadakı Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb. Sərgi Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri, ölkəmizin Moskvadakı səfirliyi, Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə təşkil edilib.
Tədbir çərçivəsində Xalça Muzeyinin direktoru Şirin Məlikova “Ənənəvi Azərbaycan interyerində tekstilin rolu” adlı mühazirə ilə çıxış edib.
Bundan əlavə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) də Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın “Azərbaycan xalçası: tarix və müasirlik” mövzusunda mühazirəsi dinlənilib. Mühazirə MDU-nun Tarix fakültəsinin və “Vestnik Kavkaza” informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.