“İnformasiya əldə etmək haqqında” qanuna, eləcə də “Etik davranış qaydaları haqqında” qanuna və “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə informasiya məsələləri üzrə məsul şəxs və etik müvəkkil təyin edilib.
İnformasiyanın operativ şəkildə ictimaiyyətə çatdırılması və onun əldə olunmasının təmin edilməsi, habelə ictimaiyyət və kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəli təşkil edilməsi məqsədilə İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.
Həmçinin, Mədəniyyət Nazirliyində və nazirliyin qurumlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisəli məsələlərin həlli məqsədilə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin edilib.