İtaliyanın Lido adasında keçirilən 71-ci Venesiya kinofestivalı yekunlaşmaq üzrədir. Sentyabrın 5-də dünyanın bu nüfuzlu kinofestivalında ilk dəfə Azərbaycanın tammetrajlı bədii filmi nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi sayılan “Horizontlar” (“Orizzonti”) proqramında göstəriləcək.
Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar. “Nabat” Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin, ölüm-itimin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır.
Bu nümayiş, eyni zamanda, “Nabat” filminin dünya premyerasının başlanğıcıdır. Ekran əsəri sentyabrın 6-da, festivalın sonuncu günündə də nümayiş olunacaq. Həmin gün festivalın qalibi - “Qızıl şir”in sahibi və mükafatçıları da elan ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar