“Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Xəzər 2014” proqramı çərçivəsində Azərbaycan kinematoqrafçıları ilə Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında görüşlər keçiriləcək.
Görüşlərə Karlovı Varı beynəlxalq kinofestivalının (Çexiya) bədii direktoru Karel Och, fransalı prodüser Guillaume de Seille və niderlandlı ssenarist Roelof Jan Minneboo dəvət olunub.
Layihə çərçivəsində sentyabrın 30-da Nizami Kino Mərkəzində “Azərbaycan filmlərinin avropalı əməkdaşlarla birgə hazırlanması və koprodakşn”, oktyabrın 1-də isə “Festival və marketinq strategiyası” mövzusunda görüş-təlimlər təşkil olunacaq.
Görüşdə iştirak etmək üçün sentyabrın 25-dək qeydiyyatdan keçmək lazımdır. Layihə haqqında əlavə məlumat almaq üçün khazar.2014@mail.ru ünvanına müraciət etmək olar.
Qeyd edək ki, Karel Och 2001-ci ildən Karlovı Varı beynəlxalq kinofestivalında proqramçı və seçim komitəsinin üzvü vəzifəsində çalışıb, 2010-cu ildən Karlovı Varı festivalının bədii direktorudur. Guillaume de Seille “Canal+”da Fransa və Avropa istehsalı olan filmlərin satışı şöbəsində çalışıb. 2000-ci ildən müstəqil prodüser kimi 20-dən çox qeyri-fransız tammetrajlı art-house filmə prodüserlik və koprodüserlik edib.
Roelof Jan Minneboo tarixçi və ssenaristdir. Onun gürcü rejissoru George Ovaşvili ilə birgə çəkdiyi “Corn İsland” filmi Karlovı Varı festivalında “Qran-pri”yə layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar