Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında tamaşa hazırlayan rejissor səhnə əsərinin janrını “ikihissəli qalmaqal-karnaval” kimi təyin edib. Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşanın premyerası aprelin 20-21-nə nəzərdə tutulub.