Aprelin 18-də 30-cu Ankara Beynəlxalq Film Festivalı işə başlayıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan festival aprelin 28-dək davam edəcək.

Təşkilat komitəsinə 109 sənədli, 170 qısametrajlı film təqdim olunub. Festivalda bir sıra bədii filmlərin nümayişi ilə yanaşı, yeni ekranlaşdırılan qısametrajlı və sənədli filmlərin təqdimatı da keçiriləcək.