Şimali Kipr Türk Respublikasında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) dəstəyi ilə “Xoşniyyət festivalı” (“İyilik festivali 2019”) keçirilib. Tədbirdə YTB başqanı Abdullah Erenin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Abdullah Eren Şimali Kiprin Prezidenti Mustafa Akıncı, Baş naziri Tufan Erhürman, baş nazirin müavini və xarici işlər naziri Kudret Özersay ilә görüşlər keçirib. Görüşlәrdә әmәkdaşlıq imkanları, görülәcәk birgә işlәr әtrafında fikir mübadiləsi aparılıb.

Kipr Vәqflәr İdarəsinin yaradılmasının 448-ci ildönümü münasibətilə təşkil edilən “Xoşniyyәt festivalı” Şimali Kiprin şəkkiz bölgəsində gerçəkləşib.

Prezident Mustafa Akıncı festivalın açılış mərasimində çıxış edərək tədbirə verilən dəstəyə görə YTB başqanına tәşәkkür edib. Vurğulanıb ki, festivalın məqsədi insanlar arasında həmrəylik, birlik, paylaşma və bərabər imkanların bərqərar olmasını təbliğ  etməkdir.

Abdullah Eren öz növbəsində Kipr adasındakı türk icmasının rifahı və Türkiyə ilә olan әlaqәlәrin daha da güclәnmәsi üçün әllәrindәn gәlәni etmәyә sәy göstәrdiklәrini deyib. “Şimali Kiprin qurumumuzun fәaliyyәtlәri arasında xüsusi yeri var. Şimali Kiprin 8 bölgәsindә “Xoşniyyәt festivalı”na dәstәk veririk. Bundan sonra da burada daha gözәl layihәlәr hәyata keçirәcәyik’’, - deyә YTB başqanı bildirib.

Mehparə SULTANOVA
Ankara