Sentyabrın 21-dən 25-dək Moskvada keçiriləcək beynəlxalq kinoforumda ölkəmizi rejissor Şamil Əliyevin “Çölçü” filmi təmsil edəcək. Hər il təşkil olunan kinoforum əsasən qonşu ölkələrin filmlərinin nümayişinə üstünlük verir. Builki kinoforum MDB və Baltikyanı ölkələrin kinematoqrafiyasına həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verən hadisələr üzərində qurulub. Film indiyədək bir sıra beynəlxalq festival və forumlarda iştirak edib, mükafat və diplomlara, 2013-cü ilin “Humay” milli mükafatına layiq görülüb, 86-cı “Oscar” mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar