Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən kitaba və müəlliflərə hörmət nişanəsi olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Milli Kitabxanada “23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günüdür” adlı geniş kitab sərgisi açılıb. Sərgidə Azərbaycan və digər dillərdə nəşr olunmuş dünya ədəbiyyatı nümunələri, müəlliflik hüququ ilə bağlı kitablar və qəzet, jurnal materialları nümayiş olunur.