Görkəmli Azərbaycan alimi, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələr nəzərə alınaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə böyük alimin xatirəsinin əbədiləşdirilməsi məqsədilə təhsil müəssisəsində Y.Məmmədəliyevin barelyefinin açılış mərasimi keçiriləcək.
Aprelin 24-də keçiriləcək tədbirdə Y.Məmmədəliyev haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş olunacaq, akademikin həyat və fəaliyyətini əks etdirən bukletlər, müəllifi olduğu “Polşa alimlərinin dünyada neft kimyası elminin inkişafına verdiyi töhfə” adlı kitabça tədbir iştirakçılarına təqdim ediləcək.
Mərasimdə Mədəniyyət Nazirliyinin, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun nümayəndələri iştirak edəcək.