Xəbər verdiyimiz kimi, rejissor Elxan Cəfərov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii film çəkir. Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir. II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan filmin döyüş səhnələrinin çəkilişləri Belarusda aparılıb. Çəkilişlər Brest, Minsk və Minsk yaxınlığındakı Vileyka qəsəbəsində həyata keçirilib.
Hazırda “Əsgərin şücaəti” filminin çəkilişləri Azərbaycanda davam edir. Kinostudiyadan bildirilib ki, filmin bəzi səhnələri Gəncədə lentə alınacaq. Filmdə II Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellərin aparılması da nəzərdə tutulub.
Baş rolları Əməkdar artist Şamil Süleymanov, Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu və digərləri ifa edir. Ekran əsərində azərbaycanlı aktyorlarla yanaşı, Almaniya və Rusiyanın aktyorları da rol alıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar