Rejissor Şamil Əliyevin “Çölçü” filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edir.
Sentyabrın 23-də işə başlayan festival ayın 29-dək davam edəcək. Müsabiqə proqramına Azərbaycan, Yunanıstan, İraq və Türkiyədən 11 bədii, 12 sənədli ekran əsəri daxil edilib. “Çölçü” filmi festivalın 3-cü günü nümayiş olunacaq. Festivalın məqsədi kinematoqraf ideyalarının mübadiləsinə və inkişafına, yeni istedadların üzə çıxmasına meydan yaratmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar