Mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşların növbəti qəbulunu mayın 7-də Lənkəran şəhərində keçirəcək. Nazir Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində (Zərifə Əliyeva küçəsi, 99) başlayacaq.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, mct.gov.az saytında elektron xidmətlər bölməsi, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (+99412) 493 92 17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (+99412) 493 55 21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin qəbul üçün Lənkəran Regional Mədəniyyət İdarəsinin rayonlar üzrə məsul şəxsləri ilə əlaqə saxlamaq olar. Ətraflı məlumat nazirliyin mct.gov.az saytının “Elanlar” bölməsində.