Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə yerli kinematoqrafçılarla Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçirilib.
“Azərbaycanfilm”dən verilən məlumata görə, tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək görüşün əhəmiyyətindən söz açıb. Kinostudiyanın həyata keçirdiyi layihələrdən danışan direktor son illərdə filmlərimizin 20-dək beynəlxalq festivalda iştirak etdiyini diqqətə çatdırıb.
Sonra qonaqların gənclər üçün ustad dərsləri başlanıb.
Niderlandlı ssenarist Roelof Jan Minneboo, fransalı prodüser Guillaume de Seille və Karlovı Varı beynəlxalq film festivalının bədii direktoru, çexiyalı Karel Och illər ərzində qazandıqları təcrübəni azərbaycanlı rejissorlarla bölüşüblər.
Avropalı kino xadimlərinin ustad dərsləri bir neçə gün davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar