Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilən “International Movie Award - 2014” kinofestivalının “Ən yaxşı rejissor işi” üzrə “Platinum mükafatı”na layiq görülüb.
Müsabiqəyə 30 ölkədən 225 film seçilib. Filmlər “Platinum” və “Gold” olmaqla, iki bölmədə mükafatlandırılıb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış film 30-dək beynəlxalq festival və kinoforumda iştirak edib, bir neçə mükafat və diploma layiq görülüb.
Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar