UNESCO-nun Beynəlxalq Mədəni Müxtəliflik Fondu (IFCD) layihələrin qəbulu üzrə növbəti – 10-cu çağırışını edib.
Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında UNESCO-nun 2005-ci il Konvensiyasına uyğun olaraq yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.
Mövcud qaydalara əsasən, onlayn müraciətlərin ilkin seçimi mədəniyyət nazirlikləri tərəfindən həyata keçirilməlidir.
Layihələr həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən təqdim oluna bilər. Layihələrin onlayn təqdimatı üçün son tarixin 13 iyun 2019-cu il olduğu nəzərə alınaraq, maraqlı tərəflər layihələri 31 may tarixinə qədər Mədəniyyət Nazirliyinə (mct@mct.gov.az; subject: IFCD Layihə müraciəti) təqdim edə bilərlər. Yalnız Mədəniyyət Nazirliyi tərəfindən seçilmiş layihələrə növbəti mərhələdə UNESCO Katibliyində baxılacaqdır.
Layihə ilə bağlı ətraflı məlumatı https://en.unesco.org/creativity/calls/unesco-launches-its-10th-ifcd-call-applications linkinə daxil olmaqla və ya (+99412) 493 02 33 nömrəsi ilə əlaqə saxlamaqla almaq olar.