Mayın 1-də Azərbaycan Xalça Muzeyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova dahi liderin bütün ömrünü Azərbaycan xalqına həsr etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə xalçaçılıq sənətinin dirçəlməsi, Azərbaycan mədəniyyətinin intibahı məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. O qeyd edib ki, xalqımızın ümummilli liderinin müdrik siyasəti sayəsində Azərbaycan dünyanın inkişaf edən dövlətlərindən birinə çevrilib.

Sonra üzərində Heydər Əliyevin rəsmi olan xalçanın təqdimatı olub. Portretin müəllifi Xalq rəssamı Kamil Əliyevdir.

Tədbir konsert proqramı ilə davam edib.