Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən XV Beynəlxalq Müsəlman Kinosu Festivalında ölkəmiz rejissor İlqar Nəcəfin “Nar bağı” filmi ilə təmsil olunub. Aktrisa İlahə Həsənova filmdəki Sara roluna görə “Tammetrajlı bədii filmin ən yaxşı aktrisası” mükafatına layiq görülüb.
Festivalın Qran-pri mükafatı Qırğızıstan, Qazaxıstan və Rusiya kinematoqrafçılarının “Ağac mahnısı” filminə təqdim edilib. “Ən yaxşı rejissor” nominasiyasında Türkiyə təmsilçisi Semih Kaplanoğlu (“Toxum” filmi) təltif olunub. Tatarıstan Prezidenti adından “Kino sənətində humanizmə görə” mükafatı isə İran rejissoru Azadə Musaviyə verilib.