Heydər Əliyev Sarayında 15 İyun – Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən bildirilib ki, iyunun 13-də təqdim olunacaq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” adlı konsert proqramında xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev, Aftandil İsrafilov, Faiq Ağayev, Könül Xasıyeva, əməkdar artistlər Cabir Abdullayev, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, Almaz Orucova, Səlim Abbasov, Elza Seyidcahan, müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyova, Pərviz Bülbülə, Türkan Vəlizadə, Niyam Salami, Aygün İsgəndərli, Anara Məmmədova, İlkin Fuad, Elxan Qaraxanoğlu, Murad Sadıx, Aygün Ağayeva, Samirə Əfəndi, aşıq Namiq Fərhadoğlu və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak edəcək.

İyunun 1-də isə Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili tamaşa göstəriləcək. Tamaşada “Zima” uşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar təqdim ediləcək. Uşaqlar yeni məlumatlar alacaq və onlara xoş əhval-ruhiyyə bəxş ediləcək.