Mətbuat Şurası (MŞ) noyabrda Şəkidə tanınmış kinorejissor, kinooperator, ssenarist, Xalq artisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək. Şura bu münasibətlə müsabiqə elan edib.
Müsabiqəyə təqdim olunan filmlərdə bədii-publisistik duyum, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın dolğunluğu, ifadə vasitələrinin zənginliyi, informasiyalılıq kimi xüsusiyyətlər nəzərə alınacaq.
Ekran əsərləri tanınmış kino mütəxəssisləri və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq: ən yaxşı mövzu seçimi; ən yaxşı ssenarist işi: ən yaxşı rejissor işi; xüsusi mükafat.
Müsabiqəyə 40 dəqiqəyə qədər xronometrajı olan filmlər buraxılacaq. Filmlər oktyabrın 15-dən noyabrın 15-dək MŞ-nin ofisində qəbul olunacaq.
Mükafatlar noyabrın 25-də Şəkidə Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalında təqdim ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar